Əsirlikdə olan daha 2 şəxs ölkəyə qaytarıldı
Dekabrın 28-də 1 mülki şəxs və 1 hərbçi Azərbaycana qaytarılıb.
Mövqe.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.