Əlaqə Arxiv
news Image
2021.01.05
15:34
| A A A
Lider TV-nin binası partiyalara verildi
Lider TV-nin binası siyasi partiyalara icarəyə verilib.
Mövqe.az xəbər verir ki, bu barədə Modern.az-a AĞ Partiyanın sədri Tural Abbaslı məlumat verib.
O qeyd edib ki, xeyli sayda partiya artıq yeni qərargahına köçməyə hazırlaşır:
“Siyasi partiyalar üçün ayrılan bir bina Lider TV-nin binası kimi tanınıb. Bir də Azadlıq prospektində yerləşən dövlət binasında ümumilikdə 17-18 partiyaya qərargah müəyyən edilib. AĞ Partiya olaraq bizə, Lider TV-nin 5-ci mərtəbəsində təxminən 140 kvmetri əhatə edən ofis ayrılıb. Bina İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğuna görə, dövlət rüsumu ilə müqavilə imzalanıb. Dövlət rüsumu simvolik rəqəmdir, bu baxımdan ofisi bağışlanmış kimi də qiymətləndirmək olar. Çünki o böyüklükdə ofisin saxlamasına kifayət qədər maliyyə lazımdır və buna görə çətinlik yarana bilərdi. Yavaş-yavaş ofisə köçməyə başlamışıq”.
Onun sözlərinə görə, Lider TV-nin binasında AĞ Partiya ilə yanaşı, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Vəhdət Partiyası, Milli Həmrəylik Partiyası da daxil 10-a yaxın siyasi təşkilat yerləşib.
Sizin Reklam Yeriniz