Əlaqə Arxiv
news Image
2021.01.06
10:00
| A A A
Şəhidlərin xatirəsi hamı üçün əzizdir

Masallı Rayon İcra Hakimiyyətindən “Mövqe.az”a daxil olan məlumata görə, bu günlərdə  rayonun Banbaşı bələdiyyəsinin sədri ilə şəhid atası arasında baş vermiş insident  araşdırılıb. Şəhid atasının bulaq inşa etmək üçün tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aid olduğu üçün bulağın inşası dövlət və ya bələdiyyə səlahiyyətləri çərçivəsində deyil.  Rayon İcra hakimiyyətində şəhidin atası ilə keçirilən görüşdə şəhidin adına bulağın inşası üçün torpaq sahəsinin ayrılması və bulağın inşası üçün yaxın zamanda lazımi köməklik göstəriləcəyi vəd olunub. Eyni zamanda bələdiyyə sədrinin şəhid atasına qarşı davranışı qınanılıb və  bələdiyyə sədrinin şəhid atasından üzr istəməsini tövsiyə edilib.

“Mövqe.az”

Sizin Reklam Yeriniz