Əlaqə Arxiv
news Image
2021.01.07
09:27
| A A A
Vaşinqtonda komendant saatı tətbiq edildi

Vaşinqton şəhərinin hakimiyyəti şəhərin mərkəzində etiraz və iğtişaşlar fonunda komendant saatı tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ paytaxtın meri Müriel Mouzer bildirib.

M.Mouzer qeyd edib ki, komendant saatı Kolumbiya dairəsində yanvarın 6-sı saat 18:00-dan yanvarın 7-si saat 06:00-dək tətbiq olunacaq.

Paytaxt meri əlavə edib ki, küçələrdə yalnız xüsusi icazə alanlar və fövqəladə hallar işçilərinə olmağa icazə verilir.

Sizin Reklam Yeriniz