Əlaqə Arxiv
news Image
2021.01.07
12:15
| A A A
Pandemiya dövründə sosial paket

2020-ci ilin əvvəllərində dünya bazarında neftin qiyməti aşağı düşsə də, ilin sonuna yaxın vaksinin tapılması nəticəsində enerji qiymətlərində gecə artım müşahidə olunub. Ötən ilin noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım müşahidə olunub. Enerji qiymətlərində ən çox artım Almaniyada görülüb. Bundan əlavə hazırda bəzi ölkələrdə benzin və dizelin qiymətlərində ciddi artım var. Bu artımlar Azərbaycanda benzinin pərakəndə satış qiymətinin digər ölkələrə nisbətən aşağı olduğunu göstərir. Lakin son illərdə Azərbaycana avtomobil idxalı yüksək dərəcədə artıb. Benzin və dizelin qiymətlərində baş verən artım nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır. 2019-cu ildən başlayaraq Azərbaycan Respublikası  Prezidentinin təşəbbüsü ilə inqilabi sosial paket həyata keçirilib. Bu paketlərə əsasən 2019 cu ilde maaşlarda, təqaüdlərdə, müavinətlərdə  artım baş verib uşaqlar, veteranlar, birinci dərəcə əlilliyi olan şəxslər üçün. 2020-ci ilin əvvəlində koronavirus (Covid-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülmüş bu müstəvidə önəmli siyasət həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edib. 190 manat birdəfəlik ödəmə proqramının yeni əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib. 100 min ailəyə ərzaq payı verilib. Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti artırılıb. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə aylıq müavinətlər  300 mindən 500 minədək ədələr artırılıb. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artıb.

 

Əlizadə Zeynəb       

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz