Əlaqə Arxiv
news Image
2021.01.07
22:00
| A A A
Masallı rayonunda tütün yığımı başa çatmışdır

Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı  fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub.

      Masallı rayonunda da gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini göstərir. Belə ki, keçən il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 16 hektar artırılaraq 51 hektara çatdırılıb.

   Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədov bildirib ki, rayonun təsərrüfatlarında tütün yığımı başa çatmımıdır. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək emal məntəqələrinə 87.1 ton tütün təhvil veriblər.

  2019-cu ildə Masallılı fermerlər 35 hektar sahədən 57.2 ton quru tütün əldə ediblər.

                                                         

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz