Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili onun əhalisinin əsas ünsiyyət vasitəsidir. Azərbaycan dili hətta hətta İran İslam Respublikasında yaşayan 30 milyon azərbaycanlının ana dilidir. Qərbi Avropa ölkələrində( daha çox Almaniya, Danimarka, Holandiya, Norveç, Fransa) xeyli azərbaycanlı yaşayır. Türkiyədə də azərbaycanlılar çoxdur. Onlar 1920-ci il sovet hakimiyyəti qurulduqdan və ikinci dünya müharibəsindən sonra gedənlər və onların nəsilləridir. Kecən əsrin 90-cı illərindən başlayaraq Rusiyaya pənah aparan və indi orada qalıb yaşayan soydaşlarımız daha çoxdur. Beləliklə, dünyada hal-hazırda Azərbaycan dilində danışan 50 mln-dan çox adam yaşayır. Azərbaycan dili Ural Altay dillərinin türk dili qrupunun oğuz yarım-qrupuna daxildir. Azərbaycan dili Türkiyə türkcəsi, türkmən dili, qaqauz dili oğuz qrupunu təşkil edir. Azərbaycan dili burda yaşayan azsaylı xalqlarında ikinci ana dilidir. Azərbaycan dilinin təşəkkülü 3-7-ci əsrlərdə baş vermiş, 7-8-ci əsrlərdə başa çatmışdır. Hətta Səfəvilər dövlətinin dövründə, Şah İsmayılın zamanında sarayda və orduda imperiyanın ilk rəsmi dövlət dili olmuşdur. 1918-ci ildə 27 iyunda zamanında türk dili adlandırılan Azərbaycan dili dövlət dili elan olunub. Və nəhayət Ulu öndərimiz 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında" fərman imzalamışdır. 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər il avqustun 1-də ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Azərbaycanın işğal olunmuş torpaqlarında bir çox abidələr erməni terorçuları tərəfindən dağıdılmışdır. Amma Bakıda olan erməni kilsəsi dövlətimiz tərəfindən qorunub saxlanılır. Ermənistan dövləti isə Azərbaycanın tarixi abidələrinə qarşı vandalizm siyasəti yeritmişdir. Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur. 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulmuşdur. Sonra xiristian dininə mənsub olan abidələr alban kilsəsi, Kiş kilsəsi, Xudavəng kilsəsi buna misaldır.
Bakı Slavyan Universiteti
Abbasova Pərvanə.