Əlaqə Arxiv
news Image
2021.01.08
17:25
| A A A
Masallının Qızılağac kəndindən olan şəhid əsgər Əlisa Əliyev
Əlisa Arif oğlu Əliyev 08 yanvar 2000-ci ildə Masallı rayonunun gözəl guşələrindən biri olan Qızılağac kəndində anadan olub. 2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb, "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurub. Masallı şəhərində "Dostluq" MMC-də işləyirdi. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 7 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Əlisa Arif oğlu Əliyev Qızılağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırıldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Subay idi. ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz