Əlaqə Arxiv
news Image
2021.01.09
19:19
| A A A
Millət vəkili şəhid Ziyanın atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Kəlbəhüseynli kənd sakini, şəhid əsgər Ziya Gözəlovun atası Zahid Gözəlovla görüşüb.

Mövqe.az xəbər verir ki, Komitə sədri şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib:

“İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik! Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir. Biz bilirik ki, sizin oğlunuz Azərbaycan Prezidentinin Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Ziya kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!"

Şəhid atası Zahid Gözəlova tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Sizin Reklam Yeriniz