Əlaqə Arxiv
news Image
2021.01.11
16:05
| A A A
Almaniyada ilk xeyriyyə fondumuz yaradıldı

Azərbaycanın Almaniyada ilk xeyriyyə təşkilatı olan “Varlıq” Fondu (“Varliq-Fonds” e.V.) fəaliyyətə başlayıb.

Kult.az xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılan fondun ilk iclası Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclasda xeyriyyə fondunun sədri və sədr müavinləri vəzifələrinə səsvermə keçirilib. Səsvermə nəticəsində “Varlıq” fondunun sədri dr. Qurban Ələkbərov, sədr müavinləri Nurlan Məmmədov və Cavidan Kərimli seçilib.

Fond Avropa Birliyində fəaliyyət göstərən təşkilat olaraq, burada yaşayan həmvətənlərimizdən gələn ianələri qəbul edəcək. Fondun fəaliyyət dairəsi geniş olub, Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılması, eləcə də elmin və təhsilin inkişafına dəstəyi də əhatə edir.

“Varlıq” fondunun əsas hədəflərindən biri şəhid və qazi ailələrinə yardımın təşkili və təmin edilməsidir.

Əlaqə vasitələri:

[email protected]

Feysbuk: @VarliqFonds

Sizin Reklam Yeriniz