Əlaqə Arxiv
news Image
2021.01.13
14:55
| A A A
Şəhid əsgər Cavad Babayev

Cavad Gülverdi oğlu Babayev 08 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005 - 2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018- ci illərdə Gədəbəy rayonunda «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti təşkilatlarından birində işləyirdi.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Cavad Gülverdi oğlu Babayevin nəşi Qızılağac kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Subay idi.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz