Əlaqə Arxiv
news Image
2021.01.13
17:06
| A A A
Ali Məhkəmə Lider TV ilə bağlı qərar verəcək
Lider TV və Radio-Azərbaycan MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayəti verib.
Axar.az xəbər verir ki, hakim Kəmalə Abıyevanın icraatında olan şikayət üzrə proses yanvarın 17-dək təxirə salınıb.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.
Qətnaməsən verilən şikayəti Bakı Apelyasiya Məhkəməsi təmin etməyib.
Lider TV və Radio-Azərbaycan MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində Lider TV (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.
Sizin Reklam Yeriniz