Əlaqə Arxiv
news Image
2021.01.13
17:40
| A A A
Bu ərazidə avtobus zolağı zəbt edildi
Paytaxtın Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında avtobuslar üçün nəzərdə tutulan hərəkət zolağı və dayanacağın avtomobil sürücüləri tərəfindən zəbt edilib.
Bu barədə sakinlər Axar.az-a məlumat verib. Onlar bildiriblər ki, sürücülər hər gün öz avtomobillərini həmin zolaqda saxlayırlar və Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları bunun qarşısını almaq üçün heç bir addım atmır.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sözügedən ərazidə çəkilən zolaqda işlər tamamlandıqdan sonra bu cür halların qarşısı alınacaq:
“Həmin ərazidə avtobus zolağı çəkilib, üfüqi nişanlama xətləri aparılıb. Amma müvafiq yol nişanı və məlumatlandırıcı lövhələr qoyulmalıdır. Bu işlər tamamlandıqdan sonra zolağa daxil olan avtomobil sürücülərinin qarşısı alınacaq. Hazırda işlər tam bitməyib. Avtobus zolağına daxil olan sürücülərin cərimələnməsi isə DYP-nin nəzarətindədir”.
Sizin Reklam Yeriniz