Əlaqə Arxiv
news Image
2021.01.16
18:05
| A A A
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar məkltəbdə tədbir

16 yanvar 2021- ci il tarixdə Masallı rayonundakı Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbində Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar Teams proqramı vasitəsilə tədbir keçirilmişdir.
Tədbidə məktəbin direktoru və müavinləri, 5-6-9- 10 - cu sinif şagirdləri və Azərbaycan dili — ədəbiyyat müəllimləri iştirak etmişlər.
Onlayn tədbiri məktəbin Azərbaycan dili — ədəbiyyat müəllimi Ramin Hüseynov açmış, Ə. Haqverdiyevin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Ramin müəllim qeyd etmişdir ki, Ə.Haqverdiyev 1870 - ci ildə Şuşada, bəy ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atasını itirməsinə baxmayaraq elmə, təhsilə, maarifə, mədəniyyətə, teatra böyük maraq göstərmişdir. İbtidai təhsilini Şuşa və Tiflisdə alan ədib sonradan Rusiyanın Peterburq şəhərində Yol Mühəndisliyi İnstitutunu bitirmişdir. Bədii yaradıcılığına Şuşada başlamışdır.
Sonra çıxış edən dil — ədəbiyyat müəllimi Anara Nuriyeva bildirmişdir ki, Şuşada ilk əsəri olan «Hacı Daşdəmir,» adlı kiçik pyesini yazmışdır. Onun «Marallarım» adlı silsilə hekayələri bədii nəşr tarixində özünəməxsus yer tutur. Ədibin dram əsərlərinə, «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» və s. göstərmək olar.
Anara müəllimə mütəfəkkirin əsərlərinin müasir həyatla necə səsləşməsindən bəhs edərək onların çox aktual olmasını qeyd etmişdir.
Onlayn tədbirdə məktəbin təsviri — incəsənət müəllimi Məlahət Ağakişizadənin təsvir etdiyi «Ə. Haqverdiyevin portreti» nümayış etdirilmişdir.
Daha sonra söz tədbirdə iştirak edən şagirdlərə verilmiş, onların sualları cavablandırılmışdır.

 ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz