Əlaqə Arxiv
news Image
2021.01.17
16:39
| A A A
Prezidentin Şuşa səfəri

Bildiyimiz kimi Cənab Prezident İlham Əliyev bugün Şuşada səfərdə olub. Prezidentin işğaldan azad edilən Şuşa şəhərinə səfəri bir çox məqamlarla yadda qalıb. Cənab Ali Baş Komandan Füzuli- Şuşa yolunun, həmçinin Füzuli yolunda hava limanının təməlini qoymuşdur. Prezidentin Şuşa səfəri tarixi əhəmiyyət kəsb edir. Füzuli- Şuşa yolunun, Füzuli hava limanının təməlinin qoyulması işğaldan sonrakı yenidənqurmanın mühüm addımlarından biridir. Şuşa şəhəri Prezidentimiz tərəfindən mədəniyyət paytaxtı elan edildi. İşğaldan sonra Şuşa və digər şəhərlərdə yenidənqurma, bərpa işlərinə start verildi. Bu böyük bir qayıdışın başlanğıcıdır. İşğaldan azad olunmuş şəhərlərdə həyat yenidən canlanır. Qəhrəman Azərbaycan oğulları böyük rəşadət, cəsarət nümayiş etdirdilər. Şuşa və digər şəhərlərimizi işğaldan azad edərək qəhrəmanlıqları ilə tarix yazdılar və üçrəngli Azərbaycan bayrağını bütün şəhərlərdə dalğalandırdılar.

          Prezidentimiz həmişə yazıçılara, şairlərə böyük üstünlük vermişdir. Böyük yazıçılar, sənət adamları həmişə Prezidentimizin diqqət mərkəzində olmuş, Prezident qayğısı hər zaman hiss olunmuşdur. Prezident İlham Əliyev həmçinin Şuşada Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın, Bülbülün heykəllərini qoymuşdur. Mədəniyyət beşiyimiz olan Şuşada və digər şəhərlərdə dahi şəxsiyyətlərin xidmətləri danılmazdır.

 

Heydərova Bənövşə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz