Əlaqə Arxiv
news Image
2021.01.17
19:53
| A A A
Gürcüstan hərbi yolu bağlandı: 10 km uzunluqda tıxac yarandı
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu - Mtsxeta-Stepantsminda-Lars 4 gündür bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır. Magistralda uzunluğu 10 kilometrə çatan tıxac yaranıb.
Mövqe.az xəbər verir ki, yolun bağlanmasına güclü qarın yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə yaranan qar uçqunu səbəb olub.
Hazırda magistralda Azərbaycan, Gürcüstan, Ukrayna, İran, Rusiya, Türkiyə və Ermənistana məxsus çoxlu sayda yük avtomobili dayanıb.
Gürcüstan polisi və yol departamentinin işçiləri yolun qardan təmizlənməsinə başlayıb. Lakin intensiv yağan qar işləri daha da çətinləşdirib.
Kazbeqi rayonunun meri Aleksandr Zaqaşvili deyib ki, hazırda yolda dayanan avtomobillərin sürücülərinin ciddi problemləri yoxdur. Onlar lazımi ərzaq və müvəqqəti sığınacaqla təmin olunublar.
Sürücülər isə bildirirlər ki, vəziyyətin belə davam edəcəyi təqdirdə, onlar tezliklə ciddi problemlərlə üzləşəcəklər.
Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi isə yanvarın 18-dən 21-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, Qara dənizdə qasırğa olacağı, temperaturun bir neçə dərəcə aşağı düşəcəyi, güclü qar yağacağı barədə əhaliyə xəbərdarlıq edib.
Sizin Reklam Yeriniz