Əlaqə Arxiv
news Image
2021.01.18
15:17
| A A A
Böyük Səhraya qar yağdı

Əlcəzairdə Böyük Səhranın kənarında yerləşən Eyn Səfra qəsəbəsi qarla örtülüb.

Mövqe.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Səhranın bir hissəsi ağ rəngə bürünüb. Yerli fotoqraf Kərim Buşetata qeyri-adi mənzərəni çəkib.

Əlcəzairdə havanın temperaturu yanvarın 10-da sürətlə enməyə başlayıb və yanvarın 13-də mənfi temperatur qeydə alınıb.

Sizin Reklam Yeriniz