Əlaqə Arxiv
news Image
2021.01.19
20:47
| A A A
Ermənilərdən Şuşa ilə bağlı növbəti həyasızlıq

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları onun məhkəməsi keçirilən binanın qarşısında etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, aksiyaçılar əllərində “Şuşanı təslim edən hakimiyyət Şuşanı azad edən qəhrəmanlara qarşıdır”, “1 mart işi kimin sifarişi ilə yerinə yetirilib?” və bu kimi digər təxribatçı şüarlar yazılmış plakatlar tutublar.

Xatırladaq ki, məhkəmənin son iclası 22 sentyabrda baş tutub. II Qarabağ müharibəsi səbəbindən yarımçıq dayandırılan proses bu gün yenidən başladılıb.

Qeyd edək ki, erməni həyasızlığının bir başqa nümunəsi işğal etdikləri tarixi Azərbaycan torpaqlarını “azad edilmiş” kimi təqdim etmək idi.

Sizin Reklam Yeriniz