Əlaqə Arxiv
news Image
2021.01.20
18:55
| A A A
Masallı məktəbliləri 20 Yanvar şəhidlərini anır
Masallı Rayon Təhsil Şöbəsinin Tədbirlər Planına uyğun olaraq rayonun ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn dərslər və tədbirlər keçirilib. Tədbirlərin başlanğıcında vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və 20 Yanvar hadisələri haqqında şagirdlərə geniş məlumat verilib.
Şagirdlərlə keçirilmiş tədbirlərin əsas məqsədi qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gələcəyimiz olan gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və Azərbaycan xalqının mübarizə tarixini onlara aşılamaq olub.
Tədbirlər zamanı şagirdlər tərəfindən 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş foto və rəsm əsərlərinin təqdimatı keçirilimiş, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz