Əlaqə Arxiv
news Image
2021.01.20
19:58
| A A A
Masallıda 20 Yanvar faciəsi ilə əlaqədar onlayn tədbirlər

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən 20 Yanvar faciəsi ilə əlaqədar onlayn tədbirlər keçirilir.
Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar onlayn tədbirlər keçirilir, videomateriallar hazırlanır.
Məlum olduğu kimi, pandemiya təhlükəsilə əlaqədar olaraq xeyli müddətdir ki, ölkədə karantin rejimi tətbiq edilir. Lakin, buna baxmayaraq, mədəniyyət müəssisələrinin fəaliyyətlərinə fasilə verilməmiş, Mədəniyyət Nazirliyi və regional mədəniyyət idarəsinin göstəriş və təlimatlarına uyğun olaraq cari vəzifələr və mədəni-yaradıcı tədbirlər onlayn qaydada icra edilir.
Bu baxımdan, regional mədəniyyət idarəsinin tabeliyindəki Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, mədəniyyət mərkəzləri, qalereyalar, kitabxanalar, uşaq musiqi və incəsənət məktəbləri tərəfindən müxtəlif bayram və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimləri, qan yaddaşımız olan Xocalı soyqırımı, şəhidlər, o cümlədən Vətən müharibəsi şəhidləri və qazilər, eləcə də xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi və digər mövzularda onlayn tədbirlər təşkil edilir, videomateriallar hazırlanır.
Yuxarıda qeyd edilən mədəniyyət müəssisələri tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar 19 yanvar tarixinə qədər xeyli sayda videomaterial hazırlanmış, onlayn rəsm müsabiqəsi və sərgilər təşkil edilmişdir. 20 Yanvar tarixində və sonrakı günlərdə də videomaterialların hazırlanması və onlayn tədbirlərin təşkili nəzərdə tutulur. Hazırlanan videomateriallar, keçirilən onlayn tədbirlər barədəki press-relizlər mütəmadi olaraq regional mədəniyyət idarəsinin rəsmi internet saytında və sosial media hesablarında dərc edilir.
ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz