Əlaqə Arxiv
news Image
2021.01.21
13:31
| A A A
Şəhidlərimiz xatirələrimizdə yaşayır!

Keçən əsrin 90-cı illərinə qədər SSRİ-nin Azərbaycandakı basqısı istənilən sahəyə öz mənfi təsirini göstərmiş,bərpası uzun illər aparacaq yaralar açmışdır. Xüsusilə M.Qarbaçovun Dağlıq Qarabağ siyasəti, ermənipərəst yanaşması, ümummilli lider Heydər Əliyevə qarşı böhtan və qarayaxma kampaniyası Azərbaycan SSR-də milli azadlıq hətəkatının başlamasına səbəb oldu.Bu siyasəti yerinə yetirməkdə Azərbaycan Komunist Partiyasının birinci katibi Ə.Vəzirov onun əsas yandaşına çevrilmişdi.Azadlığı,müstəqilliyi qazanmaq uğrunda 1990-cı ilin yanvarın 20-sində xalqına divan tutulmasına göz yuman Vəzirov millətinin ona olan etimadını sui-istifadə edərək rejimin köləsinə çevrildi.
Rəsmi məlumatlara görə,Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür. Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına böyük maddi ziyan dəymişdi.
Xalq başsız qalmışdı, vahimə içində idi. Heç kim rus ordusunun xalqa qarşı bu cür vəhşilik törədə biləcəyini ağlından keçirmirdi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Heç kimdən çəkinmədən xalqının müdafiəsinə qalxdı, imperiya rəhbərlərini qatil adlandırdı. Xalqı bir olmağa, vahid olmağa səslədi. Xalq Heydər Əliyevin ətrafında birləşərək Bakıda fövqalədə vəziyyətin elan olunmasına baxmayaraq şəhidlərini son mənzilə böyük izdihamla yola saldı. Vətən oğulları şəhərin ən uca yerində Dağüstü parkda dəfn edildi. Bir zamanlar xalqın şad günlərinin, gəlin qızının əlinin bəzəyi olan qərənfillər şəhid məzarlarını bəzədi, şəhid qanının, 20 yanvarın simvoluna çevrildi.
Xalqımız aldığı zərbələrdən sınmadı, 90-cı illərdə ulu öndərin, bu günsə liderimiz İlham Əliyevin ətrafında birləşdi. Bir birinə dayaq olan azərbaycanlılar 1990-cı ildə yanvarın 20-si SSRİ-nin zəncirlərini qıraraq param parça etdilər. Şəhidlərimiz yalnız öz xalqımızın deyil, SSRİ-tərkibindəki digər xalqların da müstəqilliyi uğrunda mübarizəsində yanar məşələ çevrildi. Azərbaycan xalqı digər xalqlara örnək oldu. Azadlığı həqiqətən arzulayanların qarşısının kəsilməz,qollarının bükülməz olduğunu isbat etdi.
Şəhidlərimiz bizim tarixi qəhrəmanlarımız, vətənpərvərlik abidəmiz, azadlığı sadecə sözdə deyil, əməldə qazanmaq yollarını öyrədən müəllimlərimizdir. Bu səbəblə onları unutdurmamaq üçün həm xalqımız,həm dövlətimiz şəhidləri yad edir, məzarlarını ziyarət edir. Bu gün 20 Yanvar faciəsindən 31 il ötür. 20 Yanvar şəhidlərinin öyrətdiyi dərsi yaxşı qavrayan davamçıları bu gün azad Qarabağın şəhidləri ilə birgə anır onları. Matəmiylə güclənən xalqımız düşmən əsirliyində olan Xarıbülbülü azad edərək, zəfərin, Qələbə gününün simvoluna çevirdi. Bizi yıxanlar ayağa qaldığımız günün yumruğu daddılar, biz səbirli xalqıq. Səbrlə dözdük, Ulu öndərin və onun davamçısının ətrafında birləşdik, yazarlarımızı sardıq, dövlətimizi gücləndirdik. Gün gəldi,vədə yetişdi, intiqamımızı, qisasımızı aldıq. Dediyimiz sözün üzərində dağ kimi dayandıq. Xalqın həqiqət carçısı Zəlimxan Yaqubun da dediyi kimi:
Əzizinəm yas günü,
Yas qara libas günü
Qoymaram qiyamətə
Qala bu qisas günü.
Ey Vətən torpaqlarına,Vətən övladlarına qanı ilə can verən igid şəhidlər, rahat uyuyun. Bu gün Azərbaycan müstəqildir, azaddır, bütövdür. Necə ki, siz arzulamışdınız, qüdrətlidir, dünyada tanınan ölkədir, güclü ordusu, güclü xalqı, güclü lideri var!

Şəmilova Dünya
Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz