Əlaqə Arxiv
news Image
2021.01.22
16:25
| A A A
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib. Həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir. Yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir. Son bir aya yaxın dövrdə 7 hərbçi yüksək texnologiyalı 9 müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır.
Sizin Reklam Yeriniz