Əlaqə Arxiv
news Image
2021.01.23
15:00
| A A A
Binəqədi rayonunda iməcilik işləri davam etdirilir

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında Binəqədi rayonu ərazisində irimiqyaslı təmizlik, iməcilik və abadlıq işləri mütəmadi şəkildə davam etdirilir. Belə ki, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənir. Həmçinin, parklarda yerləşən abidələr yuyulur, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, və ətraf ərazidə təmizlik işləri aparılır, eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənir.Görülmüş işlər çərçivəsində rayon ərazisində fəailiyyət göstərən sahibkarlarda da bu işlərdə öz dəstəyini göstərir.

Sizin Reklam Yeriniz