Əlaqə Arxiv
news Image
2021.01.23
18:36
| A A A
Bir gözünü Vətən üçün qurban Verən Qazidən Ağdaş xəstəxanası hər dəfə pul alır

Mövqe.az saytına Vətən Müharibəsində bir gözünü qurban vermiş Qazimiz Hüseyn Qarakişiyevjn qohumu müraciət edərək Ağdaş Rayon xəstəxanasında Qazimizdən pul alındığını bildirdi. Anasının səs yazısı da sayta təqdim olunub.


Hüseyn Qarakişiyev gizir kimi Vətən Müharibəsində iştirak edib. Sol çiynindən yaralansa da, 3 gün qospitalda qalıb, dözə bilməyib, silahdaşlarının yanına qayıdıb. Döyüş yolu bir çox işğal altında olan ərazilərin azad olunmasından keçib.

Növbəti dəfə başından ağır yaralalan Qazimiz gözünün birini Vətən yolunda qurban verib. Gözünü müayinəyə gedəndə Ağdaş Rayon Xəstəxanasında Qazimizdən 15 manat alınır. Qazimizə göstərilən diqqət budurmu?

Qeyd edimki, Qarakişiyevlər ailəsində 2 qardaş Vətən uğrunda döyüşə yollanıb, hər ikisi yaralanıblar.

İnanıram ki, Ağdaş RİH və Rayon xəstəxanası gec də olsa yuxudan oyanacaq, Qazilərimizə layiq olduğu qiyməti verəcəklər.

Faktı nəzarətdə saxlayacağam.

Elnurə Abuşova

Sizin Reklam Yeriniz