Əlaqə Arxiv
news Image
2021.01.25
11:36
| A A A
Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək?

Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib.
Mövqe.az  xəbər verir ki, bu sektordan bir çox xidmət sahəsinin işçiləri ciddi şəkildə təsirlənib.
Karantin dövründə toyların keçirilməsinə icazəni gözləməyən və rəsmi nikaha daxil olan cütlüklər də az deyil. Hazırda Azərbaycanda koronavirusa yoluxma halları getdikcə azalır və yumşaldılmalara gedilir. Digər tərəfdən ölkədə vaksinasiyaya da start verilib.
Bütün bunların fonunda toy və yas mərasimlərinin keçirilməsinə icazə gözlənilirmi? Qadağananın götürülməsi nə vaxt baş verə bilər?
Bu sualı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev cavablandırıb: "Hesab edirəm ki, yaxın iki ayda toylar və digər şənliklərin və insanların bir yerə toplaşması ilə müşayiət olunan tədbirlərin keçirilməsi ilə bağlı fikir söyləmək çox tez olar.
Aprelin birinə kimi ölkədə karantin rejimidir. Vaksinasiya prosesi də artıq ölkədə başlayıb və yaxşı effekt də verəcək. Virusun üçüncü dalğası olmazsa, yoluxmalar iki rəqəmli həddə düşərsə, hər hansı bir şəkildə toyların və şənliklərin bərpa olunmasından söhbət gedə bilər.
Fikrimcə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında toylar, nişanlar və digər şənliklərin keçirilməsi ilə bağlı bir təlimatın da imzalanması yaxşı olardı. Əvvəlki qaydada 5-6 saat davam edən və 500-800 nəfərin toplaşdığı məclislərlə bağlı, yəqin ki, danışmalı olmayacağıq.
Hesab edirəm ki, qısa müddət ərzində 50-60 nəfərin toplaşdığı tədbirləri isə apreldən sonra keçirmək olar.
Azərbaycanda vaksinasiya prosesi başlayıb və vaksinləşən insanların immunitetinin yaranması üçün təxminən 40 günə qədər vaxt lazım olacaq. Bu da təxminən mart ayının ortaları və sonuna gəlib çıxacaq. Təxminən eyni vaxtda, aprelin 1-nə qədər karantin rejimi davam edir".

(baku.ws)
 

Sizin Reklam Yeriniz