Əlaqə Arxiv
news Image
2021.01.25
12:00
| A A A
65 yaşdan yuxarı 176 məhkum azad olunub

Cəzaların icrası sahəsində mühüm tədbirlər həyata keçirilib.

Mövqe.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib. O bildirib ki, məhkumların hüquqlqarının müdafiəsi, ərzaq və tibbi təyinatı, onların müalicəsi ilə bağlı məsələlər diqqətdə saxlanılıb: “COVID infeksiyasının yayılmasının qarşısını almaq üçün yaradılan monitorinq qrupu müəssisələrdə vəziyyəti araşdırıb, məhkumların sağlamlığı ilə bağlı tədbirlər görülüb: “Cəzaların humanistləşdirilməsi ilə bağlı ötən il də lazımi tədbirlər görülüb. İndiyə qədər amnistiya ilə 8149 nəfər azadlığa buraxılıb . Pandemiya dövründə cəzaçəkmə müəssisəsində olan yaşı 65-dən yuxarı olan məhkumların cəzadan azad olunması ilə bağlı 176 nəfər əfv edilib. Əfv olunanlardan iki nəfər ömürlük məhbus olub. Onların hər biri test nümunələrindən keçirilib və evlərinə göndərilməsi təmin olunub”.

Sizin Reklam Yeriniz