Əlaqə Arxiv
news Image
2021.01.25
15:35
| A A A
Quldurlar nə bizlə, nə də gəmi şirkəti ilə əlaqə yaradıb

Quldurlar nə bizlə, nə girovların ailələri ilə, nə də gəmi şirkəti ilə əlaqə yaradıb.

Mövqe.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Proses davam edir. İnşallah vətəndaşlarımızı sağ-salamat Türkiyəyə gətirəcəyik. Bunun üçün lazım olan addımlar atılır. Gəmi isə ötən gün Türkiyəyə gəldi. Bir Türkiyə vətəndaşı qarnından yaralanmışdı. Təhlükəsizlik qüvvələrinin əməkdaşları gəmidə axtarış işləri apardı. Hər şey nəzarət altındadır. Qətlə yetirilən azərbaycanlı qardaşımızın cənazəsini də ölkəsinə göndərəcəyik”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılov həlak olub.

Sizin Reklam Yeriniz