Əlaqə Arxiv
news Image
2021.01.26
13:00
| A A A
Dövlətçiliyimizin qorunmasında gənclərin rolu Masallıda tədbir

25 yanvar 2021 - ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı Gənclər evi sosial xidmət müəssisəsi, YAP Masallı Tayon Təşkilatı Gənclər Birliyinin iştirakı ilə "Dövlətçiliyimizin qorunmasında gənclərin rolu" mövzusunda onlayn görüş keçirilmişdir.

Onlayn tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışına Ümummilli Lider Heydər Əliyevin söylədiyi "Hər bir Azərbaycan  gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü , gələcəyi haqqında düşünməlidir" sözləri ilə başladı.

D.İbayeva qeyd etdi ki, gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən və yaşlı nəslin davamçısı hesab olunur. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar.Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb və gənclərin fəaliyyətinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir ki, gənclər üçün əsas istiqamət əlbəttə ki,təhsildir.Çünki,bu günki dünyada bilik savad ön plandadır.Bu gün dünya çox sürətlə inkişaf edir və bilik savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir.Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar.

Daha sonra çıxış edən Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadəyə bildirdi ki, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi gənclərin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul vermişdir. Azərbaycan Prezidenti İlham Əliyev bütövlükdə Azərbaycan xalqının, o cümlədən də gəncliyin irəli aparan lideridir. Biz gənclər də ölkə başçısının ardıcıl şəkildə həyata keçirdiyi azərbaycançılıq prinsiplərinə əsaslanan dövlət siyasətini dəstəkləyirik.

Axırda YAP Masallı Rayon Təşkilatının Gənclər birliyi sədrinin müavini, Binə Xocavar kənd tam orta məktəbin direktoru  Ülvi Rufullayev çıxışında qeyd etdi ki,dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin doğru qurulması heç şübhəsiz ki, həmin dövlətin gələcəyinin sığortasıdır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

                                                   

 ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz