Səhiyyə Nazirliyi daha 5 yeni elektron xidmətini Elektron Hökumət portalına inteqrasiya etdi
Səhiyyə Nazirliyi daha 5 yeni elektron xidmətini
Elektron Hökumət saytına təqdim edib. Səhiyyə Nazirliyinin
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən
Movqe.az-a verilən xəbərə görə, 5 yeni
elektron xidmət müxtəlif məsələləri əhatə edir. Yeni elektron
xidmətlərə radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa
mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv
tullantıların daşınması üsullarının və şəraitinin sanitariya
qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin
verilməsi, ionlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən
sanitar-epidemioloji rəyin verilməsi, rentgen kabinetinin
istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi,
tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və
qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin
verilməsi və tikinti və yenidən qurma layihələrinə
sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və
sənədlərin qəbulu daxildir.