Əlaqə Arxiv
news Image
2021.02.20
09:45
| A A A
Özbəkistanda jurnalistlər və bloggerlər pulsuz peyvənd ediləcək

Özbəkistanda jurnalistlər və bloggerlər də koronavirusa qarşı pulsuz peyvənd ediləcəklər.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Koronavirusla Mübarizə üzrə Respublika Qərargahının üzvü Nurmat Atabekov Daşkənddə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, jurnalist və bloggerlərlə yanaşı, ictimai nəqliyyatda çalışanlar (metro, dəmir yolu, hava limanları), xaricdə təhsil alan tələbələr və əmək miqrantları da peyvənd ediləcək birincilər sırasında olacaqlar.

Bundan əvvəl isə bildirilmişdi ki, əvvəlcə yaşı 65-dən yuxarı vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda yer alan digər şəxslərə vaksin vurulacaq.

Sizin Reklam Yeriniz