Əlaqə Arxiv
news Image
2021.02.26
16:30
| A A A
Nəsimi rayon təşkilatlarında Xocalı faciəsinin 29-cu ildönümü anılıb

 

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif online tədbirlər keçirilib.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, mənfur qonşularımız tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon gənclərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə online tədbirlər təşkil olunmuşdur.

Faciənin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin məsul şəxsləri Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 47 ailəni ziyarət ederək, onların problemləri ilə maraqlanmış və rayon İcra Hakimiyyəti tərəfindən onlara ərzaq bağlamaları çatdırılmışdır.

RİH-nin rəhbərliyi və məsul əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirısini ehtiramla yad etmişlər.

Sizin Reklam Yeriniz