Əlaqə Arxiv
news Image
2021.03.01
17:36
| A A A
Yaralanmış, amputasiya olunmuş hər bir Vətən müharibəsi qazisi yüksək texnologiyalı, elektron protezlərlə təmin ediləcək

Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşların yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlanılıb. Onların hər birinin müasir protez təminatı həyata keçiriləcək.

Movqe.az xəbər verir ki, bu barədə kütləvi-informasiya vasitələrinə müsahibəsində məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son iki ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir olunduğu, yenidən qurulduğu və müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verildiyini deyib.

2021-ci ildə daha 4 belə mərkəzin açılması nəzərdə tutulub. Prezident İlham Əliyevin iştirakı ilə fevralın 25-də onlardan birinin – ölkədə ən iri reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının açılışı olub.

Ümumilikdə, yaradılmış potensial ildə 30 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərməyə imkan verir.

Sizin Reklam Yeriniz