Əlaqə Arxiv
news Image
2021.03.10
12:40
| A A A
Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhidin ailəsini ziyarət etmişdir

 

Bu gün, 9 mart  2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi   II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun ailəsini  ziyarət etmişdir.  Ziyarət zamanı şəhidin  ailəsinin  qayğıları dinlənilb.Şəhidimizin ailəsi onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 Qeyd edək ki, şəhid əsgər Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.

10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı...

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi.

Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşmuş və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olundu. Subay idi...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Hüsaməddin oğlu Sultanzadə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Əlihüseyn ŞÜKÜROV

P.S. Şəkildən görünür ki, şəhid ailəsinin evi tam təmirsiz vəziyyətdədir. Ümid edirik ki, Gənclər və İdman idarəsinin təşəbbüsü ilə rayonun əlaqədar təşkilatları evin təmiri üçün müvafiq addımları atacaq və işdə Şəhidlərimizin ruhuna dərin hörmətini sübut edəcək.

"Movqe.az" saytının redaksiyası

Sizin Reklam Yeriniz