Əlaqə Arxiv
news Image
2021.03.19
19:45
| A A A
Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans keçirilib

Bu gün, 19 mart  2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən , narkomaniyadan uzaqlaşdırılması məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn  konfrans  keçirilib.        

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov əvvəlcə tədbir iştirakçılarını salamlamış və  İdarə tərəfindən mütəmadi olaraq yeniyetmə və gənclərin zərərli vərdişlərdən , narkomaniyadan uzaqlaşdırılması məqsədilə keçirilən bu  səpkidə  maarifləndirici  tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki, Zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın  bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir.

Tədbirdə  Masallı rayon  Gənclər və İdman İdarəsinin nəzdində Uşqa Gənclər İdman məktəbinin  məşqçi-müəllimi, Əməkdar məşqçi Xanağa Quliyev çıxış edərək yeniyetmə və gənclərin narkomaniya  və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasının ən əsas vasitə kimi idmanla məşğul olmalarını diqqətə çatdırdı.

Daha sonra Tədbirdə  Masallı rayon  Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Mehman Zaidov çıxış edərək iştrakçıları salamlamış və  İdarə tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili onların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz