Əlaqə Arxiv
news Image
2021.03.20
12:28
| A A A
Vətənimiz, yer-göy sevinir: adı İntiqam idi, şəhid oldu, Allah yeni bir İntiqam bəxş elədi...

Masallının Viləş kəndindən olan “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin övladı dünyaya göz açdı

Masallı Rayon İcra Hakimiyyəti başçısının maüvini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və rayonun bir qrup fəal qadını Masallı rayonunun Viləş kəndində şəhid, “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin övladının dünyaya göz açması ilə əlaqədar ailəsi ilə görüşüblər.

Görüşdə Aybəniz Qafarova qəhrəman atasının adını daşıyan övladı dünyaya gətirən ananı təbrik edib, körpənin babası Bayram Əsgərli və nənəsi Ziba Əsgərliyə gözaydınlığı verərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı  Şahin Məmmədovun təbriklərini çatdırıb.

Şəhid “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Əsgərlinin qardaşı Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Şəhid Nurlan Əsgərli 2016-cı ilin “Aprel döyüşləri” zamanı böyük qəhrəmanlıq göstərərək şəhdlik zirvəsinə ucalmışdır.
Şəhidin anası Ziba xanım hər iki övladının torpaqlarımızın azadlığı uğrunda şəhid olmasından qürur hissi keçirdiyini  bildirib, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova təşəkkürünü bildirib.

Əlihüseyn ŞÜKÜROV
 

Sizin Reklam Yeriniz