Əlaqə Arxiv
news Image
2021.04.13
16:24
| A A A
Şəhid ailələri dövlətimizin qayğısı ilə əhatə olunub


 Vətən uğrunda canından keçən şəhid soydaşlarımız,onların ailələri,sağlamlığını itirmiş qazilər həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Dövlətimiz həmişə  şəhid ailələrinin maddi  və mənəvi həyat şəraitinin yaxşılaşdırması,rifahı üçün hər cür imkanı yaratmağa çalışmışdır.
Bu ənənə 44günlük vətən savaşında can qoymuş qəhrəmanlara da şamil olunur. Bu qayğı,nəinki dövlətin ,eyni zamanda icra orqanları,digər müəssisə rəhbərləri, o cümlədən hər bir vətəndaşın işidir. Çünki, onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü və biz vətəndaşların firavanlığı üçün şəhidlik zirvəsinə ucalmışlar.Bununla bağlı yerli icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə işləyəcək yeni şöbə yaradılıb.Bu şöbə birbaşa şəhid və qazi ailələrinə hər cür dəstək, xidmət ,yardım,müraciət,məşğulluq və digər təminatları əhatə edir.
Yerli icra orqanları nümayəndələri əlamətdar günlərdə, bayram günlərində , vaxtaşırı şəhid ailələrinə baş çəkir, onlarln problemləri ilə maraqlanır,şəhid məzarlarını ziyarət edir,qazilərin fiziki və maddi  ehtiyaclarını təmin etməyə çalışır.
Şəhid və qazi ailələrinin işlə təmin olunması, küçə və prospektlərə ,mədəni-maarif ocaqlarına onların adının verilməsi,qəbirüstü abidə,xatirə komplekslərinin tikilməsi də diqqət mərkəzindədir.Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi,mənzil tikintisi ilə birinci növbədə təmin olunmalıdır.
Bütün bunlar xalqımızın böyük vətənpərvərlik və humanizm ideyalarından xəbər verir. Bu onu göstərir ki,onlar istər dövlət orqanları, istər adi insanlar -bir sözlə, uşaqdan böyüyə hər kəsin diqqətindədir.

Sima ABBASOVA,

Masallı rayonu Mahmudavar kənd tam orta məktəbin müəllimi
 

Sizin Reklam Yeriniz