Əlaqə Arxiv
news Image
2021.04.13
17:05
| A A A
Dövlət qayğısının digər təzahürləri


Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, qeyd olunan kateqoriyadan olan şəxslərin müxtəlif səpkili problemləri ölkə başçısı səviyyəsində nəzarətdə saxlanılır, müəyyən olunmuş problemlərin həlli istiqamətində konkret addımlar atılır.
Şəhid ailələrinin problemlərini müəyyən olunması və aradan qaldırılması üzrə əməli addımlar hələ Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dönəmində dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi. Bununla əlaqədar olaraq, əvvəlcə dövlətin aidiyyəti strukturları tərəfindən sözügedən istiqamət üzrə qanunvericilik bazası yaradılır və əməli fəaliyyətin çərçivələri müəyyən edilir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə müvafiq kateqoriyadan olan insanlara dövlətin bir çox imtiyazları və güzəştləri şamil olunmağa başlanıldı.
Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi ordumuzun zəfəri ilə nəticələndi. Bu qalibiyyət xalqımıza böyük şərəf və qürur hissi yaşatmışdır. Döyüşlər zamanı xalqımızın bir çox qəhrəman övladları canını vətən uğrunda vəda etdi, şəhidlik məqamına yüksəldi. Mövcud vəziyyətlə əlaqədar, təcili tədbirlərin görülməsi labüd idi və dövlət öz sosial öhdəliklərini bu dəfə də layiqincə icra etməyə başladı. Belə ki, şəhid ailələri üçün nəzərdə tutulmuş birdəfəlik sığorta ödənişləri və aylıq müavinətlər bir neçə dəfə artırılaraq verildi. Bununla yanaşı, Vətən müharibəsi iştirakçıları üçün də bir sıra imtiyaz və güzəştlərin (müalicə, işlə təminat, təhsil və s.) tətbiqinə başlanılıb.
Yuxarıda qeyd olunanlara paralel olaraq, çalışdığım mədəniyyət sahəsində də müvafiq istiqamət üzrə müəyyən işlər görülür. Belə ki, ölkə üzrə mədəniyyət müəssisələrində şəhid ailəsi üzvlərinə və Vətən müharibəsi iştirakçılarının işlə təmin olunmasına köməkliyin göstərilməsi, bayram və digər əlamətdar günlərdə şəhid ailələrinə maddi dəstək tədbirlərinin həyata keçirilməsi daim diqqətdə saxlanılır.
Təhmasib MƏCİDOV

Masallı rayonu Hişkədərə kəndi
 

Sizin Reklam Yeriniz