Əlaqə Arxiv
news Image
2021.04.15
16:17
| A A A
Bu ilin ilk rübündə sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib.

Movqe.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.

Sizin Reklam Yeriniz