Əlaqə Arxiv
news Image
2021.04.17
14:47
| A A A
Son üç ayda dövlət uşaq müəssisələrindən 17 uşaq doğma ailələrinə qaytarılıb, daha 17 uşaq övladlığa verilib

Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu ilin yanvar-mart aylarında 17 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Qeyd olunan müddətdə 17 uşaq (9-u oğlan, 8-i qız) isə övladlığa verilib.

Movqe.az-ın məlumatına görə, övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

Uşaqların övladlığa götürüldüyü ailələrdə inkişafı üçün şəraitin olmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilir, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər aparılır.

Sizin Reklam Yeriniz