Əlaqə Arxiv
news Image
2021.04.20
19:37
| A A A
Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb

Movqe.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin birinci rübü ərzində 3,5 milyon müraciət qeydə alınıb.

Hazırda Nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilir. Bu il ərzində qurumun fəaliyyət sahələri üzrə daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur. Nəticədə Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi bu ilin sonuna 90%-ə çatacaq.

Eyni zamanda, “Virtual DOST mərkəzi” platformasının hazırlanması işləri də aparılır. Həmin e-platforma ölkəmizin istənilən yerində olan şəxsə hər hansı DOST mərkəzinə getmədən mobil aplikasiyalar vasitəsilə DOST xidmətlərindən faydalanmaq üçün müraciət imkanı yaradacaq.

Sizin Reklam Yeriniz