Əlaqə Arxiv
news Image
2021.04.21
16:30
| A A A
Mərkəzi Elmi Kitabxana ramazan ayı münasibəti ilə əməkdaşlarına sovqat təqdim edib

AMEA Mərkəzi Elmi Kitabxanasında Azad Həmkarlar İttifaqı və MEK rəhbərliyinin təşəbbüsü ilə kitabxana əməkdaşlarına müqəddəs Ramazan ayı münasibətilə sovqat təqdim olunub. Tədbirdə çıxış edən MEK-in direktoru, professor Məmməd Əliyev kollektivi Ramazan ayı münasibəti ilə təbrik edib, oruc və duaların qəbul olunmasını diləyib: "Çox şükür ki, bu il Müqəddəs Ramazan ayını azad Qarabağımızda qarşıladıq. Bu xoş gün üçün cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Allah oruclarınızı qəbul etsin".

Sonda ramazan sovqatı əməkdaşlara təqdim edilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr şöbəsi

Sizin Reklam Yeriniz