Əlaqə Arxiv
news Image
2021.05.03
13:43
| A A A
Narkomaniyanın fəsadları və insan alverinin qurbanları

 R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Tüklə kənd və Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Narkomaniyanın fəsadları və insan alverinin qurbanları“ mövzusunda onlayın tədbir keçirildi.

Tədbirdə Masallı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına çatmayanlarının işləri üzrə baş inispektoru Samid Əliyev, Tüklə kənd və Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər.

İlk olaraq Vətən müharibəsində canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sukutla yad edildi.

Sonar Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək,narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam etdiyini, narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşdığını,narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almasını və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərdiyini bildirdi.Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olduğunui bildirdi.Tağıyeva, təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibliyini çıxışında vurğuladı.

Masallı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına çatmayanlarının işləri üzrə baş inispektoru Samid Əliyev çıxışında Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran qlobal problemlərdən olduğunu, Azərbaycanda uzun illər ərzində narkomaniyaya və insan alverinə qarşı ciddi mübarizə tədbirləri görüldüyünü, ölkə bu sahədə beynəlxalq əməkdaşlığa da töhfə verdiyini söylədi.Ölkə Başçısının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024-cü illər üçün milli Fəzliyyət Planı”. Bu Dövlət Proqramları narkomaniyaya, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi uçun hazırlandığını bildirdi. 3 il ərzində rayon ərazisində narkomaniya və insan alveri ilə bağlı açılmış cinayətlərin illik məlumatlarını Samid Əliyev verərək ,dövlət tərəfindən “ ağ ölüm” adlandırılan mübarizənin aparılmasında polisin mövqeyini və bilavasitə valideynlərin üzərinə düşən məhsuliyyətdən danışdı.Bu fəsadların aradan qaldırılması üçün ailə,polis və məktəb birliyinin olması vacilibliyini tədbir iştirakçılarına çatdırdı.Bir çox bəlaların öncədən alınması daha böyük bəlalardan uzaqlaşmaq deməkdir. Yeniyetmə və gənclər arasında düzgün təlim –tərbiyə işlərinin aparılması onları gələcəkdə başlarına gələcək fəsadlardan qorumuş olduğunu şagirdlərə çatdırdı. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir.

Sonra Tüklə kənd orta məktəbin direktoru Qurbanov Hakim və Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Əsədov Əbülfəz yeniyetmələrin bu cür bəlalardan çəkindirmək üçün təhsilin böyük rolu olduqlarını söylədilər.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz