Əlaqə Arxiv
news Image
2021.05.11
13:35
| A A A
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub

Vətən müharibəsi iştirakçılarının dəstıklə təminatı tədbirləri çərçivəsində daha 40 qazi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sosial-psixoloji yardım təlimlərinə cəlb olunub.

Movqe.az-ın məlumatına görə, Şağan Reabilitasiya Pansionatında onların psixoloq, loqoped və əmək terapiyası üzrə mütəxəssislər tərəfindən müvafiq xidmətlərlə təminatı həyata keçirilib. Təlimlər müasir metodlarla həm fərdi, həm də qrup şəklində aparılıb.

Ümumilikdə postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 805 qaziyə sosial-psixoloji yardım göstərilib. Onlarla yanaşı, şəhid ailəsinin və müharibə iştirakçısının ailə üzvlərindən ibarət 150 nəfər də psixoloji təlimlərə cəlb edilib. Ümumilikdə isə 7500-dən çox psixoloji seans keçirilib.

Sizin Reklam Yeriniz