Əlaqə Arxiv
news Image
2021.05.16
15:09
| A A A
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edildi

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlilik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 26 şəxsin də komissiya tərəfindən əyani müayinəsi aparılıb. Bu barədə Movqe.az-a DTSERA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib.

Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.

Qeyd edək ki, bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi, saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Sizin Reklam Yeriniz