Əlaqə Arxiv
news Image
2021.05.18
12:25
| A A A
Nəsimi rayonunda abadlıq işləri davam edir

Nəsimi rayonu Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında abadlıq işlərinə başlanılıb.

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında təmir-bərpa işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazilərə tamet və qazon vurulacaq, yeni oturacaqlar qoyulacaq, parkda uşaq oyun elementləri, idman fitnes alətləri və müxtəlif idman qurğuları quraşdırılacaq.

Pərvanə KAZIMZADƏ

 

Sizin Reklam Yeriniz