Əlaqə Arxiv
news Image
2021.05.18
19:45
| A A A
Media nümayəndələri daha bir müəssisədə qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış oldular

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olmaq üçün mediatur təşkil edilib.

Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Şirvan şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib

Movqe.az-ın məlumatına görə, açılan bu müəssisələr qazilərimizin də keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında xüsusi əhəmiyyət kəsb edir. Postmüharibə dövründə həmin reabilitasiya Müəssisələrində 1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib və bu sahədə işlər davam edir. Eləcə də, 17 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 650 müharibə əlili 4460 reabilitasiya vasitəsi, o cümlədən 71 qazi mühərrikli təkərli oturacaqla təmin edilib.

Daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün müvafiq ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.

Media nümayəndələri Şirvan Reabilitasiya Mərkəzində Vətən müharibəsi iştirakçıları ilə bağlı aparılan reabilitasiya işləri ilə tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəniblər. Müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik üsullar, həmçinin müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Jurnalistlərə reabilitasiya sistemində də elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi, ona uyğun veb-əsaslı növbəlilik sistemi, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sistemi barədə də məlumat verilib.

Sizin Reklam Yeriniz