Əlaqə Arxiv
news Image
2021.05.25
17:47
| A A A
Əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə görüşlər keçiriləcək

İlk belə görüş mayın 27-də Xaçmazda olacaq, əlilliyin qiymətləndirilməsi üçün səyyar əyani müayinələr aparılacaq

Movqe.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov tərəfindən əlillik və reabilitasiya məsələləri ilə bağlı bölgələrdə vətəndaşlarla görüşlər keçiriləcək.

İlk belə görüş mayın 27-də Agentliyin Xaçmaz şəhərindəki Reabilitasiya Mərkəzində olacaq. Bölgə sakinlərinin əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatla bağlı müraciətləri cavabalandırılacaq, müvafiq hallarda əlilliyin qiymətləndirilməsi üçün yerində əyani müayinələr aparılacaq.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşlar (050) 677 33 34 nömrəsinə zəng etməklə qəbula yazıla bilərlər. Əvvəlcədən tərtib edilmiş siyahı əsasında vətəndaşlar qəbul ediləcək.

Sizin Reklam Yeriniz