Əlaqə Arxiv
news Image
2021.07.20
16:25
| A A A
“Azərsun Holdinq” Müqəddəs Qurban bayramı münasibətilə sosial layihələr həyata keçirib

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” Qurban bayramı ilə əlaqədar müxtəlif sosial layihələr reallaşdırıb. 

Bu layihələr çərçivəsində Şirkətlər Qrupu Bakıda və bölgələrdə yüzlərlə aztəminatlı ailəni bayram sovqatı ilə sevindirib. 
Bundan əlavə, Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən Azərbaycan Duz İstehsalat Birliyi tərəfindən qurbanlar kəsilərək  Masazır və Masazır gölü ətrafı kəndlərdə məskunlaşan aztəminatlı ailələrə, şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə paylanılıb.
Qeyd edək ki, Dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edən “Azərsun Holdinq” müqəddəs Qurban bayramı ilə əlaqədar həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində ümumilikdə yüzlərlə ailəni bayram sovqatı ilə sevindirib.

 

Sizin Reklam Yeriniz