Əlaqə Arxiv
news Image
2021.08.28
12:44
| A A A
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi

 

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə avqust ayının 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

"Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər", - deyə İcra Hakimiyyətinin məlumatında deyilir. 

Sizin Reklam Yeriniz