Əlaqə Arxiv
news Image
2021.08.23
12:19
| A A A
“Azerçay” üçüncü çay yığımına başlayıb


 
Ölkəmizin çayçılıq ənənələrini dünyanın 40-dan artıq ölkəsində tanıdan doğma çay “Azerçay”ın istehsalı üçün yetişdirilən məhsulun növbəti – 3-cü yığımına başlanılıb. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluğun göstərilib. Bu ilinə sonuna sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması nəzərdə tutulub.
Çay yığımı əsasən bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyasında aparılır. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluq göstərilib.
Bundan əlavə,  Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır.
Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən 100 faiz təbii Doğma Çay “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.

Sizin Reklam Yeriniz